Aygün Kazımova – Gəncənin qızları Şarkı Sözleri, Şarkı Sözü 0



Rəsmi YouTube kanalıma abunə olmaq üçün sadəcə bir klik yetər: http://bit.ly/aygun-subs

Aygün Kazımova – Gəncənin qızları

Gəncədən gəlirəm, yüküm xurmadı,
Gəncənin yolları burma, burmadı.
Gəncədə bir qız var, teli durnadı,
O, quşlara sən uçma, mən uçum deyir.

Gəncənin qızları gör nə qəşəngdir.
Bu Gəncənin qızları güldür, çiçəkdir.

Gəncədən gəlirəm, yüküm çiçəkdi,
Gəncənin gülləri ləçək-ləçəkdi,
Gəncədə bir qız var, adı Çiçəkdi,
O, Günəşə sən çıxma, mən çıxım deyir.

Gəncənin qızları gör nə qəşəngdir.
Bu Gəncənin qızları güldür, çiçəkdir.

Gəncədən gəlirəm, malım nə maldı,
Gəncədən aldığım ipəkdi, şaldı.
Gəncədə bir qız var, adı Maraldı,
O, Ceyrana sən qaçma, mən qaçım deyir!

Gəncənin qızları gör nə qəşəngdir.
Bu Gəncənin qızları güldür, çiçəkdir.

Gəncədən gəlirəm, sözə bənd olub,
Gəncənin meyvəsi şəkər, qənd olub.
Gəncədə bir qıza gözü bənd olub,
Cavada sən baxma, mən baxım deyir!

Gəncənin qızları gör nə qəşəngdir.
Bu Gəncənin qızları güldür, çiçəkdir.

Müəllif hüquqları “Baku Cms Media” tərəfindən qorunur.
office@bakucms.com / https://www.bakucms.com

#AygünKazımova #Azerbaycan

source

Sence Kaç Yıldız Bu Şarkı
[Toplam: 0 Fark: 0]

Beğenebileceğiniz Müzikler